Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Turan”ın yenidən fəaliyyətə başlayacağı tarix məlum oldu-oktyabrın 1-dən

 

“Turan”ın yenidən fəaliyyətə başlayacağı tarix məlum oldu

 

 

“Turan İnformasiya Agentliyi” MMC​ oktyabrın 1-dən yenidən fəaliyyətə başlayacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə agentliyin oxuculara müraciətində bildirilir.

“Hörmətli oxucular, “qara sentyabr” geridə qaldı və ümid edirik ki, agentliyin işində qalan digər problemlərə də onunla birlikdə son qoyulacaq. İnanırıq ki, uydurma cinayət işi bağlanacaq. Bu inamla oktyabrın 1-dən işimizi əvvəlki həcmdə bərpa edirik”, - deyəı məlumatda vurğulanır.

Xatırladaq ki, “Turan İnformasiya Agentliyi” MMC sentyabrın 1-dən fəaliyyətini dayandırmışdı. MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanmışdı.

Agentliyin direktoru Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılmış, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, sentyabrın 11-də həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam