Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Şadlıq evlərinin “qorxulu röyası” –may ayı (VİDEO)

Yenixeber.org:  Bu il Ramazan ayı may ayının sonunda başlayır. Deyə bilərsiniz ki, burda nə var axı!? Məsələyə şadlıq saraylarının sahiblərinin gözü ilə baxsanız, nə olduğunu bilərsiniz. Bu, iki ay toysuzluq deməkdir. Ancaq restoran sahibləri bundan da çıxış yolu tapıblar: qiymətlərə endirim etməklə. Əlbəttə, onlar bu endirimləri əsasən may ayı üçün nəzərdə tutublar. Çünki mayda toy etməməyin heç bir əsası yoxdur.

Şadlıq saraylarının may ayı kabusu başlayır. İnsanların mayda toy etməmək ənənəsi şadlıq saraylarını 1 ay işsiz qoyur.

Bu il isə vəziyyət daha qəlizdir, çünki maın ardınca Ramazan ayı başlayır və ramazanda insanlar ümumiyyətlə toy etmir. Bu da şadlıq saraylarının iki ay toysuz qalacağı deməkdir.

Belə vəziyyətdə heç olmasa may ayından yararlanmaq üçün şadlıq sarayları müxtəlif endirimlər tətbiq etməyi planlaşdırır.

Bu sahədə çalışanlar may ayı sindromunun heç bir mənası olmadığını bir daha xatırladırlar.

Qeyd edək ki, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Çünki ruslar arasında bu ayın uğursuzluğu ilə bağlı mif var. (“Xəzər TV”)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam