Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıxanovda yaşıllığı məhv edənlər cəzalandırıldı– VİDEO

Bakıxanovda yaşıllığı məhv edənlər cəzalandırıldı

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində uzun müddətdir Heydər Əliyev Fondunun təşəbbüsü ilə hasara alınaraq qorunub saxlanılan 25 hektara yaxın ərazisi olan yaşıllıq məhv edilməsi məsələsini araşdırıb

 

Yenixeber.org: ETSN-nin mətbuat xidmətindən  bildirilib ki, araşdırma nəticəsində vəzifəli şəxs cəzalandırılıb.

Nazirlikdən bildiriblər ki, həmin ərazidə  Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin Sabunçu rayon bölməsinin əməkdaşları inkişafdan qalmış ağacları kəsərək isinmək üçün istifadə etmək istəyiblər. Qeyd edilən ərazidə qanunsuz ağac kəsdiyinə görə Vəliyev Seyfəddin Qurban oğluna inzibati xətalar məcəlləsinin 275-ci maddəsinə uyğun protokol tərtib olunaraq cərimə tətbiq edilib.

Sabunçu rayonu Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin əməkdaşlarına bildirilib ki, inkişafdan qalmış, yaxud quru ağacların götürülməsi üçün nazirliyin ekspertiza idarəsinə müraciət edilməlidir.

ETSN Heydər Əliyev Fondunun təşəbbüsü ilə hasara alınaraq qorunub saxlanılan 25 hektara yaxın əraziyə çirkab suyun axıdılması ilə bağlı Sabunçu rayon Su-Kanal İdarəsinin müdiri barəsində protokol tərtib edilib. Belə ki, idarə müdiri Vəliyev Fərmail Kalam oğlu vəzifəli şəxs qismində cərimələnib.

Nazirlik yaxın zamanlarda əraziyə çirkab suyun axıdılmasının qarşısı alınması üçün Sabunçu Su-Kanal İdarəsinə icrası məcbur olan göstəriş verib. Artıq bununla bağlı müvafiq işlərə başlanılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam