Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Tələbələr Ermənistan polisinə çağırış etdi:“Bizə qoşulun!” -FOTO

Ermənistan paytaxtında gərginlik bu saatlarda da davam edir. Hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrin parlament binasına gedən yolları kəsməsi polislə qarşıdurmaya səbəb olub. Ancaq hələlik yollarda hərəkəti bərpa etmək mümkün olmayıb.

Yenixeber.org: Erməni mediası xəbər verir ki, 14 noyabrdan İrəvan Dövlət Universitetinin auditoriyalarından birində aclıq aksiyasına başlayan 5 tələbə də olduqları yeri tərk edərək parlament istiqamətində - Baqramyan küçəsində - toplaşan etirazçılara qoşulublar. Onlar bildiriblər ki, sağlamlıqları yerindədir və aksiyanı davam etdirməkdə qərarlıdırlar. Bura gəlməkdə məqsədləri isə həmyaşıdlarının etirazına dəstək verməkdən ibarətdir. Aclıq edən tələbələr bəyan ediblər ki, parlament tələbələri təhsildən ayıran qanunu qəbul etdiyi üçün onlar su qəbulundan da imtina etməklə bağlı qərar veriblər.

Hələlik polis və tələbələr üz-üzə qalıb və gözləmə mövqeyindədirlər. Məlumata görə, aksiya iştirakçıları növbəti addımla bağlı aksiya fəalı David Petrosyanın gəlişindən sonra qərar verəcəklər.

Etirazçıların sayı isə artmaqdadır. İrəvan Dövlət Universitetinin tələbələrinin aksiyasına İrəvan Dövlət Konservatoriyasının tələbələri də qoşulub. Onlar aksiyaya musiqi ifaları ilə dəstək verirlər. Polis tələbələrlə danışıqlar aparıb onları yolları açmağa razı salmağa çalışsa da, nəticə yoxdur. Tələbələr isə polisə xitabən “Bizə qoşulun!” çağırışları edirlər.(Musavat)

 Cavid TURAN

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam