Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlqar Məmmədovun işi üzrə ikinci qərar elan ediləcək

İlqar Məmmədovun işi üzrə ikinci qərar elan ediləcək

 

Noyabrın 16-da Avropa Məhkəməsində “İlqar Məmmədov Azərbaycana qarşı” ikinci işi üzrə hökmün veriləcəyi gözlənilir

 

Yenixeber.org: Avropa Məhkəməsinin bundan əvvəlki – 2014-cü ildə verilmiş birinci hökmündə REAL hərəkatının lideri İlqar Məmmədovun hökumətə qarşı tənqidlərinin susdurulması məqsədilə qanunsuz həbs və məhkum edildiyi bildirilirdi.

Bu hökmə görə, İlqar Məmmədov həbsxanadan dərhal və qeyd-şərtsiz azad edilməli idi.

Buna baxmayaraq, Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin qərarını yerinə yetirməkdən indiyədək imtina edir.

Bununla əlaqədar Avropa Şurası Azərbaycana onun barəsində misli görünməmiş addım atılacağını bəyan etmişdi.

Avropa Şurasının verdiyi xəbərə görə, Nazirlər Kabinetinin noyabrın 13-də keçirilən iclasında işin Avropa İnsan Haqları Məhkəməsinə qaytarılmasının mümkünküyü məsələsinə baxılıb. Hazırda məhkəmə qərarının Azərbaycan tərəfindən icra edilməməsinin Konvensiyanın pozulması olduğuna dair məsələyə baxılır.

Nazirlər Kabineti noyabrın 13-də qəbul etdiyi keçid qətnaməsi ilə Azərbaycan hökumətinə öz mövqeyini bildirməsi üçün noyabrın 29-dək vaxt verib.

Qətnamədə deyilir ki, Avropa Şurasına üzv olan ölkələr İnsan Haqları Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyə borcludurlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam