Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İlqar Məmmədovdan partiyalaşmaqla bağlı mühüm göstəriş

İlqar Məmmədovdan partiyalaşmaqla bağlı mühüm göstəriş

 

Respublikaçı Alternativ Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov partiyalaşmaqla bağlı önəmli açıqlama verib.
Xeberinfo.com:   İlqar Məmmədov bildirib ki, həbsxanadan bəzi məsələlərə baxanda məlumat azlığı səbəbilə onlara tam düzgün qiymət vermək olmur: 
"Məsələn, Respublikaçı Alternativi bəlkə də daha sürətlə partiyaya çevirmək gərək idi. Doğrudur, bu məsələdə idarə heyəti Azər Qasımlıya səlahiyyətlər verib. Ancaq əslində ona əməlli kart-blanş verilməli və iş sürətləndirilməlidir. Bu baxımdan Azər Qasımlıya öz tərəfimdən kart-blanş verirəm. 
Onun partiya quruculuğu planı ilə tanışam və bəyənirəm. Bundan sonra  hesab edin ki, partiyalaşma mövzusunda danışanda mən danışıram, iş görəndə mən iş görürəm. İnanıram ki, bu səlahiyyətdən Azər Qasımlı həmişəki kimi yüksək məsuliyyəti və peşəkarlığı ilə istifadə edəcək".
İlqar Məmmədov 2009-cu ildən Respublikaçı Alternativ Hərəkatının sədridir. 2013-cü ildə Prezident seçkilərində iştiraka hazırlaşsa da namizədliyi qeydə alınmayıb.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonunda kütləvi etiraz aksiyası ilə bağlı hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, xuliqanlıq ittihamları ilə həbs edilib. 
Azərbaycan hakimiyyətinin ən sərt tənqidçilərindən biri kimi tanınır.  2014-cü ilin martın 17-də 7 il müddətinə azadlıqdan məhrum edilib. 
2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə bu il aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.
 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam