Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bacısının başını kəsən qız yenidən məhkəmə önündə

Bacısının başını kəsən qız yenidən məhkəmə önündə

 

Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva ilə bağlı yeni xəbər var.

Yenixeber.org: Prokuror Sabunçu məhkəməsinin P.Nuriyevanın barəsində verdiyi qərardan apellyasiya protesti verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun icraatına verilib.

Proses noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, qətl 2014-cü ilin oktyabr ayında Xətai rayonunda baş verib. 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

P.Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Belə ki, onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib. Və beləliklə, P.Nuriyeva azadlığa çıxıb.

Xatırladaq ki, bacıların atası Etibar Nuriyev Şəkidə tanınan biznesmendir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam