Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

12 Noyabr – Konstitusiya Günü qeyd olundu-Füzulidə

 

 

Yenixeber.org: 12 Noyabr – Konstitusiya Günü münasibətilə Füzuli rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə rayon icra Hakimiyyəti başçısı Aparatının işçiləri, hüquq – mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik etmişdir. Alı Alıyev bildirib ki, 1991-ci ilin avqusutnda Azərbaycan dövlət müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Konstitusiya Aktı qəbul etmişdir.

Alı Alıyev qeyd edib ki, xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq  12 noyabr 1995-ci ildə keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə qəbul olunmuşdur.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iri miqyaslı layihələr, o cümlədən aparılan hüquqi islahatlarının respublikamızı demokratik, hüquqi dövlət kimi dünyada tanıtdırdığını vurğulayan Alı Alıyev bu gün dövlətin bütün institutlarının Konstitusiyanın tələbləri əsasında formalaşaraq fəaliyyət göstərdiyini söyləyib.

Alı Alıyev 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i tarixinin Konstitusiya günü elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, müəllifi Ulu öndərimiz Heydər Əliyev olan Konstitusiyamız bundan sonra da Azərbaycanın tərəqqisinə xidmət edəcəkdir.

 

Digər çıxış edənlər 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyanın qəbulundan sonra ölkədə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqları ‎sahəsində əhəmiyyətli dəyişikliklərin baş verdiyi vurğulayıblar.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam