Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı iş adamının Moskvaya aparlığı milyardlar

 

 

Azərbaycanlı iş adamının Moskvaya aparlığı milyardlar

 

 

Bakı bazarını tərk edən pulların izi ilə

 

Yenixeber.org: “Akkord” tikinti-sənaye korporasiyasının keçmiş icraçı direktoru İlqar Hacıyev Moskvada "Piroqovskaya Rivyera" yaşayış kompleksinin tək sahibinə çevrildi.

Bu barədə İlqar Hacıyev özü Moskvada jurnalistlərə bildirib.

Moskva vilayətinin Mıtişi rayonunda yerləşən "Piroqovskaya Rivyera" yaşayış kompleksini “Rezidential Group” şirkəti tərk edib.

Haсıyev bildirib ki, artıq kompleksdə 80 min kvadratmetr tikilib, infrastrukturla birlikdə təxminən 400 min kvadratmetr tikilməsi də nəzərdə tutulur. O, işlərin 2022-ci ildə başa çatacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, SDI artıq layihəyə üç milyard rubl (50,6 milyon dollar) yatırıb.

İlqar Hacıyevin sahibi olduğu SDİ Group şirkəti həm də Moskvanın Vernadsk prospektində iki göydələnin tikintisinə hazırlaşır.

Biznesmen bildirib ki, hazırda göydələnlərin tikintisi ilə əlaqəli sənədlərin tərtib olunması prosesi gedir. Göydələnlərin hündürlüyü 120 metr olacaq, tikinti təxminən üç ay sonra başlayacaq və 3 il sonra başa çatdırılacaq. Biznesmenin sözlərinə görə, tikintiyə 5 milyard rubl (84,4 milyoan dollar) sərmayə qoyulacaq.

İ.Hacıyev Azərbaycanın “Akkord” tikinti-sənaye korporasiyasındakı payını digər ortaqlarına sataraq əsas fəaliyyətini Rusiyaya keçirib. Onun Rusiyada qurduğu SDİ Group şirkəti 2014-cü ildən fəaliyyətdədir, fəaliyyət sahəsi mənzil və yol tikintisi, tikinti materiallarının və hazır konstruksiyalaın istehsalıdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam