Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı milyarderlər Rusiyanın ən iri idman komplekslərindən birini aldı

Azərbaycanlı milyarderlər Rusiyanın ən iri idman komplekslərindən birini aldı

 

 

Azərbaycan əsilli rusiyalı iş adamları Qod Nissanov və Zarax İliyevə məxsus “Kiyev meydanı” şirkəti “Olimpiyskiy” idman komplekslərini alıb

 

Yenixeber.org: Qeyd edilən idman kompleksi adı Rusiyanın ən zəngin insanları siyahısında olan Musa Bajayevin “Alyans” şirkətinə məxsus olub.

2017-ci ilin dekabrında bağlanan sazişin dəyəri açıqlanmır. Məlumata əsasən, “Olimpiyskiy” kompleksinin yeni sahibləri layihəyə  ən azı 300-400 mln. dollar investisiya yatırmağı planlaşdırırlar. 

“Olimpiyskiy” idman kompleksi “Sülh prospekti” metrostansiyasının yaxınlığında, 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunları ərəfəsində tikilib. 

Moskva merinin müavini Aleksandr Qorbenko  hazırda “Olimpiyskiy” idman kompleksinə daxil olan obyektlərin köhnəldiyini və müvafiq tələblərə cavab vermədiyini bildirib.

“İdman kompleksinin yenidən qurulmasına ehtiyac var idi. Moskva üçün olduqca vacib olan bu obyektə investisiya yatırmağa hazır olan investor lazım idi”, - deyə Aleksandr Qorbenko “Forbes”ə bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam