Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verildi

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verildi       

 

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verildi

 

Yenixeber.org: Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsilin beynəlmillələşməsi, beynəlxalq əmək bazarının tələbələrinə cavab verən, o cümlədən BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi beynəlxalq qurumlarda çalışmaq üçün mütəxəssis hazırlığının həyata keçirilməsi məqsədilə digər tədbirlərlə yanaşı “aqronomluq”, “iqtisadiyyat” və “dünya iqtisadiyyatı” ixtisasları üzrə ingilis dilində tədris aparılır. “Aqronomluq” ixtisası üzrə ingilis dilində tədrisə 2017/2018-ci tədris ilindən başlanılıb. Növbəti tədris ili üçün “topaqşünaslıq və aqrokimya”, “baytarlıq” ixtisasları üzrə də bu bölmədə mütəxəssis hazırlığının həyata keçirilməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bütün bunlar üçün universitetdə hərtərəfli şərait yaradılmış, ümumiyyətlə, xarici dillərdə tədris aparıan müəllimlərin sayı artırılmış, onların pedaqoji fəaliyyəti stimullaşdırılmışdır.

Bütövlükdə, universitetdə beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığına əlavə dəstək məqsədilə universitet Elmi Şurasının qərarı ilə ingilis bölməsində təhsil alan 56 tələbəyə büdcədənkənar vəsait hesabına ayda 50 manat əlavə təqaüdün verilməsi barədə qərar qəbul edilmişdir.

Qeyd etmək lazımdır ki, universitetdə 11, o cümlədən “aqronomluq” ixtisası üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında aparılır, yəni bu ixtisaslar üzrə təhsil alan tələbələr təhsil haqqından azad olunmaqla  yanaşı aylıq təqaüdlə təmin olunurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam