Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Meyitdən orqan köçürmək üçün müvafiq klinikalar yaradılacaq

Meyitdən orqan köçürmək üçün müvafiq klinikalar yaradılacaq

 

Azərbaycanda meyitdən orqan köçürülməsi ölkədə icbari tibbi sığortanın geniş tətbiqindən sonra daha sürətlə baş verə bilər

 

Yenixeber.org: Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, meyitdən orqan köçürülməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: 

“O qərar olandan sonra isə bu işləri həyata keçirmək üçün müvafiq klinikalar yaradılacaq. Bütün bunlar isə maliyyələşməyə bağlıdır. Meyitdən orqan götürmək olar, amma onu sonra başqa bir insana transplantasiya etmək və ondan sonrakı dövrdə orqanı bədəndə saxlamaq üçün aparılan müalicələr çox bahalıdır”.

M.Quliyev hesab edir ki, bu əməliyyatların insanlar üçün əlçatan olması üçün icbari tibbi sığortanın işə düşməsi vacibdir: 

“Bunlar hamısı bir-birinə bağlı olan məsələlərdir. İcbari tibbi sığortanın tətbiqindən sonra meyitdən orqan köçürülməsi daha sürətlə baş verə bilər. İcbari tibbi sığorta bu il pilot şəklində tətbiq olundu. Əgər gələn ildən geniş tətbiqinə başlanılarsa, orqan transplantasiyası da həyata keçirilə bilər”.

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam