Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan cəbhə bölgəsinə qüvvə yığır

 

    "Xeberinfo.com": Bu barədə məlumatlı mənbələr israrla məlumat verirlər ki, Azərbaycan fasiləsiz olaraq ermənilərlə təmas nöqtələrinə ağır texnika, əlavə qüvvə və canlı heyət yığır.  Bu məlumat ordudakı qaynaqlar vasitəsi ilə də təsdiqlənir. Görünən budur ki, Azərbaycan yaranmış durumu özü üçün əlverişli məqam hesab edir. Redaksiyamıza yaxın olan siyasi ekspertlər də hesab edirlər ki, doğrudan da ermənilərin axmaqlıqları ucundan yaranmış indiki vəziyyət Azərbaycanın xeyrinədir və ölkəmiz ermənilərə qarşı təmizləmə əməliyyatlarına başlasa, düşmənin vəziyyəti kritikləşəcək. Ordudakı qaynaqlarından biri musavat.com rəhbərliyinə deyib ki, hazırda Ağdamın işğaldakı kəndlərini azad etmək cəmisi 2-3 saatın işidir: “Bütün qüvvə toplanıb, nazir baxış keçirib. Əmr gözləyirik”.
Maraqlı məlumatlardan biri də budur ki, yaranmış vəziyyətdən narahat olan Ermənistan rəhbərliyi Rusiya prezidenti Putinə müraciət edərək, Azərbaycanı hərbi əməliyyatlardan yayındırmaq xahişində bulunublar. Məsələnin təəccüblü tərəfi də budur ki, deyir qaynaq, Putin Ermənistan prezidentinə onun ürəyini rahatladacaq heç nə söyləməyib.
Lakin bizə yaxın ekspertlər hesab edirlər ki, Azərbaycan böyük ehtimalla Soçi görüşünə qədər ciddi hərbi əməliyyata başlamayacaq. Bu da o deməkdir ki, artıq Rusiya prosesdə orbitr kimi rolunu ala bilib.
Lakin bu, ekspertlərin fikirləridir. Cəbhədən gələn hazırlıq xəbərləri isə göstərir ki, Azərbaycan iqtidarı olduqca ciddi şəkildə müharibəyə hazırlaşır. 
Məsələnin maraqlı tərəfi isə budur ki, 21 ildir daim gərginlik və atəş altında olan sərhəd kəndlərindəki əhali də daxil olmaqla, bütün ölkə xalqı hazırda savaş ideyasını dəstəkləyir, hətta tələb edir. Bu sıraya Azərbaycan müxalifətini də yazmaq olar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam