Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əflatun AmaşovQ DİƏT komitəsinin iclasında iştirak edib(FOTO)

 

Yenixeber.org: Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak edib.

Mətbuat Şurasından verilən məlumata görə, QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivlərinin müzakirə olunduğu iclasdakı çıxışında deputat əsasən ölkəmizdə “ASAN Xidmət” modeli ilə bağlı söhbət açıb. O bildirib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2012-ci ildən uğurla fəaliyyət göstərməkdədir. Bu fəaliyyət yalnız vətəndaşlara xidmətin təmərküzləşməsi deyil, habelə dövlət qurumlarının işinin əlaqələndirilməsi, təkmilləşdirilməsi, səmərəliliyinin artırılması baxımından müstənsa əhəmiyyət daşıyır.

Ə.Amaşov çıxışında həmçinin 2016-cı ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə də toxunub. Qurumun xarakterik iş prinsipləri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, 19-20 oktyabr 2017-ci il tarixlərində keçirilmiş iclasda İqtisadiyyat, ticarət, texnologiya və ekologiya Komitəsinin Tiflisdə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənib, 50-ci iclasın gündəliyi müəyyənləşdirilib, strukturu yenilənib. (trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam