Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bu cür davranış diplomatik etiketlərə ziddir" -Əflatun Amaşov Mariya Zaxarova ilə bağlı məsələ qaldırdı

 

“Son günlər Azərbaycan ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən biri də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bizim jurnalistlərimizi təhqir etməsidir. O, azərbaycanlı jurnalistin Dilqəm Əsgərovla bağlı sualından hiddətləndi”. 

Yenixeber.org:  Bunu Milli Məclisin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.


O qeyd edib ki, Mariya Zaxarovanın bu cür davranışı diplomatik etiketlərə ziddir və qeyri-peşəkarlıqdır. 

“Mən təklif edirəm ki, Milli Məclis də bu cür məsələlərə baxmalıdır”. 

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın  keçirdiyi brifinqdə azərbaycanlı jurnalisti təhqir etməsi sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib. Həm media nümayəndələri, həm də ekspertlər azərbaycanlı jurnalistləri “xam” adlandıran Zaxarovanın hərəkətinin onun təmsil etdiyi rəsmi posta uyğun olmadığını vurğulayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam