Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Reket redaktorun dələduz əməlləri ortaya çıxdı

Reket redaktorun dələduz əməlləri ortaya çıxdı

 

Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup vətəndaşı SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən, özünü “Ata yolu” qəzetinin baş redaktoru kimi təqdim edən Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir

Yenixeber.org: Hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası keçirilib.

İttihama görə, S.Nəsirova daha iki nəfərlə birgə işləyib. Belə ki, Elçin Əsədovu yüksək vəzifəli məmurun yaxın qohumu, Vüsal Məhərrəmovu isə “SOCAR”ın kadrlar idarəsinin əməkdaşı kimi təqdim ediblər. Onlar 30-a yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyiblər.

S.Nəsirova 2016-cı il sentyabrında Gəncədə “İmamzada” məscidinin imamı Rauf Axundovla tanış olub, sonra Bakıya gələrək onun qaynı, məcburi köçkün Ramiz Quliyevi ev növbəsində irəli çəkmək üçün vəd verib. BŞPİ-nin rəisi general Mirqafar Seyidovu qohumu kimi tanıdan S.Nəsirova bu işə generalın kömək edəcəyini deyib və 4 min manat pul tələb edib. Xalası oğlu Elçini isə spiker Oqtay Əsədovun qardaşı oğlu kimi tanıdaraq işi birlikdə həll edəcəklərini bildirib.  

Zərərçəkmiş, Qarabağ əlili Ramiz Quliyev əvvəllər DİN-in Şuşa batalyonun rəisi olub, indi isə təqaüddədir. O, məhkəmədə ifadəsində verdiyi pulun hələ də qaytarılmadığını deyib. O bildirib ki, pulu olmadığı üçün əlil dostlarından borc alıb. 

“SOCAR”da işə düzəltmək adı ilə aldadılan 10-dan çox vətəndaş pullarını geri tələb etdikdə S.Nəsirova onları vağzala çağıraraq görüş keçirib. Bu zaman görüşə gələn və özünü neft şirkətinin İmtahan Komissiyasının sədri kimi təqdim edən Kamran onlara işlərinin düzələcəyini vəd edib. Həmin şəxslərə sabah “Azəriqaz”ın qarşısına gəlməyi tapşırıb. Şirkətdən maraqlandıqda belə bir adamın orada işləmədiyi məlum olub. 

Zərərçəkmiş Hüseyn Həsənlini imam Rauf Axundov Samirə Nəsirova ilə tanış edib və onu “SOCAR”da sürücü kimi işə düzəldəcəyini deyib. “Ata yolu” qəzetinin baş redaktoru olduğunu deyən S.Nəsirova H.Həsənlidən 1200 manat alıb. 

Axundun tanış etdiyi İldırım Şükürov isə FHN-də rabitəçi olmaq üçün 1300 manat verib. Həm də çox kasıb olan tanışı Səbuhi Məmmədli üçün borc alaraq Samirəyə verib.
Məscidin imamı Axundovun növbəti tanışlarından biri Ədalət Hüseynov da S.Nəsirovanın “toruna düşüb”. O da neft şirkətində sürücü olmaq üçün Samirəyə 1000 manat verib, özü ilə birgə dostları Rafiq, Elşən, Cəmalədədin və Rövşəni də bu işə cəlb edib. Onlar hər biri eyni məbləğdə pul veriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam