Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağa gedən türkiyəlilərdən Bakıya daha bir– Xəyanət

 

Qarabağa gedən türkiyəlilərdən Bakıya daha bir

 

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşları – HDP-nin keçmiş İstanbul millət vəkili Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu qondarma “DQR” rejiminin “Artsakhpress” qəzetinə açıqlama verib.

Yenixeber.org: U.Uras Türkiyəni öz tarixi ilə üzləşməyə və qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb.

U.Uras Azərbaycanı da təhdid edərək, “Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin olmadığını” iddia edib.

O, Qarabağa qanunsuz səfər etdiyinə görə, Azərbaycanın “qara siyahısı”na düşməkdən qorxmadığını da bildirib.

“Yağışa düşənin islanmaqdan qorxusu yoxdur”, - deyə o qeyd edib.

Türkiyədə əksər insan tərəfindən vətən xaini elan edilən U.Uras iddia edib ki, “Qarabağ problemi “erməni soyqırımı” ilə əlaqəlidir.

“Hesab edirəm ki, Türkiyə Ermənistanla sərhədləri indi açmalıdır”, - deyə o Azərbaycana qarşı çıxışını davam etdirib.

Qeyd edək ki, Azərbaycan Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının həbs olunaraq, məhkəmə qarşısına çıxarılmasını istəyir. Türkiyə ictimaiyyəti də bu tələbi dəstəkləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam