Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyənin Bakı səfirinə ismarıc:Yatmaq zamanı deyil

Türkiyənin Bakı səfirinə ismarıc:

 

 

 

 

Bakıda Avropa Şurası kəskin tənqid edilir, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında qalıb-qalmamaq məsələsi gündəmə gətirilib, bu istiqamətdə yerli mediada geniş müzakirələr açılıb. Eyni zamanda, Türkiyənin siyasəti ilə bağlı tənqidi fikirlər səsləndirilir

Yenixeber.org: Bu sözləri politoloq Elxan Şahinoğlu son proseslərlə bağlı şərhində qeyd edib. Onun sözlərinə görə, Türkiyə ilə bağlı səsləndirilən narahatlığın əsas iki səbəb var:

“Birinci səbəb: Türkiyənin 4 tanınmış yazarı, o cümlədən keçmiş millət vəkili qeyri-qanuni olaraq Dağlıq Qarabağa gəldi, separatçılarla görüşdü, hətta biri geri qayıtdıqdan sonra “Artsax” ifadəsi işlətdi. Buna qarşı Ankara etirazını bildirmədi, həmin şəxslərə qarşı cinayət işi açılmadı.

İkinci səbəb: Türkiyənin 3 millət vəkili AŞPA-dakı səsvermədə Azərbaycan əleyhinə olan iki qətnaməyə səs verdi. Belə bir hal ilk dəfədir qeydə alınır. Əvvəllər də AŞPA-da Türkiyənin hansısa millət vəkili, o cümlədən radikal kürdlərin təmsilçisi Azərbaycan əleyhinə qətnaməyə səs verib. Bu dəfə bu prosesə ana müxalifət partiyasının – CHP-nin təmsilçiləri qatılıb”.

Politoloqun sözlərinə görə, Fətullah Gülənlə mübarizədə Bakı Türkiyə iqtidarının yanında oldu, hətta gülənçilərin Azərbaycandakı şəbəkəsi çökdürüldü, məktəblər və universitet qapadıldı, işdən çıxarılanlar oldu.

“Bunun əvəzində isə Ankara Bakının narahatlığına seyrçi qalıb, həmin 4 vətəndaşıyla bağlı cinayət işi açmayıb və millət vəkillərinin Azərbaycan hakimiyyəti əleyhinə səsvermələrinə də aydınlıq gətirilməyib”, - deyə politoloq gedən müzakirələrdə səslənən fikirləri ümumiləşdirib.

E.Şahinoğlu müzakirələrdə iştirak edənlərə müraciətlə qeyd edib ki, istənilən təşkilatı və dövləti tənqid etməkdə azadıq:

“Ancaq tənqiddə dozanı qaçırmamaq lazımdır. Avropa Şurasında üzvlük bizə lazımdır - ən azı ona görə ki, Ermənistan və erməni lobbisi Azərbaycanın olmadığı təşkilatda bizim əleyhimizə geniş fəaliyyət imkanı qazana bilər və biz buna şərait yaratmamalıyıq. Türkiyəyə yönəli tənqidlərdə də hədd aşılmamalıdır, düşmənlərimizə bəhanə verməyək! Buna rəğmən, Türkiyənin Azərbaycandakı səfirinə də sözüm var: “Çox çalışmaq lazımdır! Qardaş deyib uyuma zamanı deyil!”

Qeyd edək ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəxan və İlhan Kəsici də olub. Bundan əlavə, bu il sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Ermənistan ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəliblər. Buna görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilsə də, bu vaxta qədər qardaş ölkədən reaksiya verilməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam