Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elmira Süleymanova Türkiyə prezidenti ilə görüşüb

 

Yenixeber.org: Azərbaycan Ombudsmanı Elmira Süleymanova Türkiyə Ombudsmanı tərəfindən İstanbul şəhərində təşkil olunmuş Beynəlxalq Ombudsmanlar Konfransında, həmçinin üzvü olduğu İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının Baş Məclisinin iclasında iştirak edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Asiya, Afrika, Yaxın Şərq və Avropa ölkələrinin Ombudsmanlarının iştirak etdiyi tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib.

Açılış nitqindən sonra Azərbaycan Ombudsmanı Türkiyə Prezidenti ilə görüşüb.

Müvəkkil beynəlxalq tədbirin birinci sessiyasında çıxış edərək Azərbaycan Ombudsman İnstitutunun fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib, insan hüquqlarının səmərəli müdafiəsi sahəsində müsbət təcrübələri haqqında danışıb.

Ombudsman Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunduğunu və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşdüyünü, onların kütləvi şəkildə hüquqlarının pozulduğunu, dinc əhalinin Ermənistan hərbi qüvvələri tərəfindən müntəzəm şəkildə silahlı hücumlara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam