İƏT ölkələri güc strukturlarının 3-cü görüşü keçirilir -Bakıda
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdirilmiş korrupsiyaya qarşi mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü görüşü bu gün Bakıda öz işinə başlayıb.
Yenixeber.org: Tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan,Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, Ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibinin müavinindən ibarət nümayəndə heyəti, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq mühafizə qurumlarının və QHT-lərin nümayəndələri iştirak edirlər.
Görüş çərçivəsində iştirakçılar iyunun 6-da Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzən qonaqlar daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarları üzərinə tər çiçək dəstələri düzmüş, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov və İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibinin müavini Ələvi Səbzivaritədbiriaçıq elan etmişlər.Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovdövlətimizin başçısı cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini diqqətə çatdırmışdır.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşi mübarizə qurumları rəhbərləri və Ombudsmanlarının 3-cü Görüşünün sədri seçilənBaş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər barədə genişməlumat verərək busahədə çox böyük təcrübə qazanıldığını, mühüm qurumların yaradıldığını diqqətə çatdırıb. Bu qurumlar arasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan “ASAN xidmət”in əhəmiyyəti xüsusi vurğulanıb. “ASAN xidmət”in fəaliyyətinin Azərbaycan vətəndaşlarının böyük razılıqla qarşıladıqlarını diqqətə çatdırılıb.
Çıxış edən Azərbaycan Nümayəndə heyətininüzvü, İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner və digər yerli və xarici nümayəndələr korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm tədbirlərdən danışıblar.
Tədbirin birinci plenar iclasında Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev və eləcə də, digər iştirakçı dövlətlərin ixtisaslaşdırılmış anti-korrupsiya qurumlarının və prokurorluqlarının təmsilçiləri öz ölkələrində beynəlxalq mexanizmlərlə əməkdaşlıq təcrübəsini iştirakçılarla bölüşüblər.
Görüşün ilk gününün sonunda tədbir iştirakçıları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tanışlıq səfəri ediblər.Qonaqlar Baş İdarənin milli memarlıq üslubunda inşa edilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş inzibati binasında yaradılmış yüksək şəraitlə tanış olduqdan sonra onlara Baş İdarənin fəaliyyət potensialı barədə məlumat verilib.
İki gün davam edəcək tədbir zamanı beynəlxalq və regional qurumlar, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər tərəfindən həyata keçirilən ən yaxşı təcrübələr, effektiv mexanizm və tədbirlər, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yollarına dair məsələlər müzakirə ediləcəkdir.