Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məmur bu addımla ermənilərə dəstək verdi– Millət vəkili

Məmur bu addımla ermənilərə dəstək verdi

 

 

Füzuli Tanirverdiyev anlamır ki, bu mövqeləri ilə Ermənistanın Azərbaycan torpaqlarına olan ərazi iddiası məsələsində erməniyə siyasi dəstək vermiş olur.

 

Yenixeber.org: Bu sözləri millət vəkili Aydın Mirzəzadə Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin Feysbuk səhifəsində İraq Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləyən foto və statuslar paylaşmasına münasibət bildirərkən deyib. Millət vəkili ümid etdiyini bildirib ki, məsələyə hüquqi tərəfdən müvafiq orqanlar münasibət bildirəcək:

“Amma bu məsələnin mənəvi tərəfi də var. Laçın Rayon İcra Hakimiyyətinin məsul işçisinin bu hərəkəti heç bir çərçivəyə sığmır. Birincisi o, İraq dövlətinin vətəndaşı deyil, Azərbaycan vətəndaşıdır. Füzuli Tanirverdiyevin İraqın daxili məsələlərinə bu cür radikal mövqe tutması yolverilməzdir. Onun sadə bir vətəndaş kimi belə mövqedən çıxış etməsi normal qəbul edilə bilərdi. Amma dövlət qulluğunda çalışan şəxslər dövlətin rəsmi xəttinə uyğun hərəkət etməlidir. Digər tərəfdən isə İraq dövlətinin özü bu müstəqillik referendumunun əleyhinə çıxdığı halda, F.Tanirverdiyevin bu müstəqilliyi dəstəkləməsi prinsip etibarı ilə Qarabağdakı separatçıları dəstəkləməklə eyni vəziyyətdir. Çünki Dağlıq Qarabağda yaşayan erməni icması Ermənistanın dəstəyi ilə həmin zonanı Azərbaycandan ayırmağa və müstəqil dövlət yaratmağa cəhd edir. Belə halda sabah başqa bir Füzuli Tanirverdiyev kimi düşünən insan Ermənistanın oradakı işğalçılıq siyasətini də dəstəkləyəcək”.

A.Mirzəzadə baş verən hadisəyə təəssüfləndiyini qeyd edib:

“Dövlət məmuru öz hərəkətlərini, siyasi baxışlarını və fəaliyyətini dövlətin rəsmi siyasətinə uyğun olaraq qurmalıdır. Əgər həmin siyasətlə razılaşmırsa, onda dövlət işini tərk edərək, kənarda istədiyi mövqeni sərgiləməkdə azaddır. Təəssüf edirəm ki, aşağı mərhələdə olsa da, bir dövlət məmuru bu gün belə bir mövqe ortaya qoyub. Hətta müsahibəsində də yenidən elədiyi yanlışı müdafiə edib. Bu yolverilməzdir. Hər bir dövlət məmuru öz hərəkətlətində, baxışlarında kifayət qədər diqqətli olmalıdır”.

Millət vəkili Asim Mollazadə isə bildirib ki, beynəlxalq məsələdə biliyi olmayan məmurlar sussalar, daha yaxşıdır:

Qeyd edək ki, Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, İraq Kürd Muxtariyyətinin rəhbəri Bərzaninin fotolarını paylaşmışdı. Artıq Füzuli Tanirverdiyevin bu addımı ilə bağlı Baş Prokurorluq araşdırmalara başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam