Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzuli İcra Hakimiyyəti Zəhranın valideynlərini aldatmayıb –RƏSMİ AÇIQLAMA

Füzuli İcra Hakimiyyəti Zəhranın valideynlərini aldatmayıb –

 

Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılması xəbəri yayılıb.

 

Yenixeber.org: Xəbərə görə,  rayon icra hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib.

 

Bu barədə, Zəhranın valideynləri tərəfindən Prezidentə  məktub ünvanlanıb. Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.

Modern.az saytı Füzuli rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Füzuli rayon İrca Hakimiyyətinin mətbuat məsələləri üzrə şöbə müdiri BayramNiftəliyev məsələnin doğru olmadığını bildirib.

 

“İmtina ərizəsinin yazılıb qol çəkilməsi məsələsi doğru deyil. Qənimət Əliyev bunu niyə etməlidir ki! Zəhranın ailəsinə ev təklif olunmayıb. Əgər təklif olunub ev verilirsə, Füzuli rayon İcra Hakimiyyəti niyə belə iş görsün ki! Veriləcək evdən Zəhranın ata-anası  niyə imtina etməlidirlər ki! Ev veriləcəksə, veriləcək. Məsələ tamam başqadır.

 

Bir ictimai birlik var. Quliyevlər ailəsinin  adından ev almaq üçün müraciət ünvanlayıb. Qənimət Əliyev də Zəhranın ailəsi ilə görüşüb. Sadəcə, onlar izahat veriblər ki, həmin ərizənin yazılmasından xəbərləri yoxdur”.

 

İcra nümayəndəsi belə bir halın ortaya atılmasına çox üzüldüklərini deyib.

 

“Zəhra və nənəsinin başına gətirilən məsələ təkcə Quliyevlərin dərdi olmadı, hər bir azərbaycanlı bu faciədən sarsıldı. Bütün dövlət qurumları Zəhranın ailəsinə baş çəkdi, onların dərdini bölüşdü. Zəhranın 40-ı yeni çıxıb. Ailənin acısı hələ də davam edir. Onların adından bu cür yanlış informasiyaların yayılmasına çox üzülürük. Onların Alıxanlı kəndində evləri var”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam