Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bərzanini sevən laçınlı məmurdan yeni paylaşım- Foto

İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirən Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev öz “sevgisinin” nümayişində qəti olduğunu bir daha təsdiqləyib

Yenixeber.org: Sosial şəbəkələrdə Bərzani sevgisini gizlətməyən F.Tanirverdiyev dayanmadan Şimali İraq Kürd Muxtariyyətinin separatçı rəhbərinin fotolarını paylaşır. Maraqlıdır ki, separatizmə açıq dəstək nümayiş etdirən bu şəxslə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı tədbir görüləcəyini bildirsə də, aradan keçən bu müddət ərzində heç bir addım atılmayıb.

Xatırladaq ki, F.Tanirverdiyev hətta dövlətimizi də şantaj etmişdi: “Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm”.

İcra başçısının rəsmi açıqlamasından sonra görülən tədbirin nədən ibarət olmasını öyrənmək üçün günlərdir etdiyimiz müraciətə də heç bir cavab verilmir. Hətta İcra Hakimiyyətinə etdiyimiz davamlı zənglərimiz də cavabsız qalır. Laçın RİH F.Tanirverdiyev məsələsində açıqlama verməyə maraqlı deyil.

Daha bir qəribə məqam Laçın rayonundan seçilən deputat Mahir Abbaszadənin mövqeyidir. Millət vəkillərinin parlamentdə kəskin reaksiyasından sonra belə separatizmə dəstək verən bu məmurla bağlı Laçının deputatından cavab almaq mümkün deyil. Hər müraciət və göndərdiyimiz yazılı ismarıclara “bir saat müddətində cavab verəcəyini bildirən M.Abbaszadənin “bir saatı” 9 gündür ki, bitmir.

Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib. O, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

Azərbaycan rəsmi olaraq İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və dünyada baş verən bütün separatizmlərə qarşı olduğunu bildirib. Dövlətin bu siyasi mövqeyindən sonra bir məmurun separatizmə açıq dəstəyi və onunla bağlı hər hansı addımın atılmaması diqqətçəkicidir.

Baş Prokurorluq olayı diqqətə aldığını və araşdırma aparıldığını açıqlasa da, nəticə barədə rəsmi açıqlama verilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam