Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İsgəndər”lər və “Smerç”lər İrəvan küçələrində

Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətilə bu gün İrəvanda keçirilən (bu dəqiqələrdə davam edir) hərbi paradda gözlənildiyi kimi Rusiyadan alınan “İsgəndər-M” operativ-taktiki raketləri və “Smerç” reaktiv yaylım atəşi sistemləri nümayiş etdirilib.

Xeberinfo.com:  Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, hərbi paradda “Skad” ballisik raket diviziyonunun ardınca bir diviziyon (4 kompleks) “İsgəndər-M” raket kompleksi keçib. Paradın aparıcısı bu raketlərin meydana daxil olmasını xüsusi təntənə ilə elan edib.

“İsgəndər”lərdən əvvəl isə Rusiyanın Ermənistana 200 milyon dollar güzəştli kredit hesabına verdiyi yeni silahlardan “Smerç” reaktiv yaylım atəşi sistemləri paradda nümayiş etdirilib. İrəvan küçələrindən bir divizyon “Smerç” keçib.

Paradda habelə “Buk-M” zenit-raket kompleksləri, “Avtobaza” radioelektron mübarizə sistemi, S-300 zenit-raket kompleksləri nümayiş etdirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam