Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda ilk dəfə olaraq ekstremal “Mübarizlər” yarışı təşkil edilib

 

Bakıda, Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində ilk dəfə olaraq maneəli ekstremal “Mübarizlər” yarışı keçirilir.

 

Yenixeber.org: Yarış FHN, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin (MOK) və “Gilan Holding”in təşkilati dəstəyi ilə baş tutur.

 

Yarışın təntənəli açılış mərasimi keçirilib.

 

Açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini və Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və başqa şəxslər iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən MOK-un vitse-prezidenti Ç. Hüseynzadə "Mübarizlər" yarışının Rusiyada dəfələrlə keçirildiyini diqqətə çatdırıb: "Bakıdakı yarış Rusiyadakı yarışların nümunəsi əsasında keçirilir. Milli Olimpiya Komitəsinin rəhbərliyi adından təşkilatçılara təşəkkürümü bildirirəm. Milli Olimpiya Komitəsinin 25 illiyi ərəfəsində bu yarışın keçirilməsi xüsusilə əlamətdardır. Azərbaycan prezidenti cənab İlham Əliyev 20 ildir Milli Olimpiya Komitəsinin prezidentidir. Bu gün Azərbaycan idman ölkəsi kimi geniş addımlarla irəliləyir. Cənab prezidentin qeyd etdiyi kimi, biz bütün idman növlərini dəstəkləyirik".

 

"Mübarizlər" layihəsinin rəhbəri Elvin İsmayılov deyib ki, Azərbaycan son illər ən öndə gedən idman ölkələrindən birinə çevrilib. Layihənin yaradıcısı Kseniya Şoyqu yarışın təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib: “Mən bir müddət əvvəl burda olmuşdum, o zaman belə bir şərait yox idi. Lakin indi hər cür gözəl şərait yaradılıb. Yarışın iştirakçılarına uğur arzulayıram”.

 

Daha sonra Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirilib və yarışa start verilib.

 

"Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla ekstrimsevərlərə fəal istirahətin yeni formatını təklif edir. Yarışmaya 1500 iştirakçı qatılıb. Yarışda maneələrin sırasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma var. Maneələrin çoxu taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. Komanda iştirakı üçün 5 km uzunluğu olan trası qət etmək lazımdır. Çempionat iştirakçılarını 10 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.

 

İştirakçılar 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparacaqlar. İlk 10 yerin sahibi pul mükafatına layiq görüləcək.

 

Qeyd edək ki, APA layihəyə informasiya dəstəyi verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam