Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Azərbaycanda idarə rəisi cərimələndi

Azərbaycanda idarə rəisi cərimələndi

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağsuçayın Ağsu şəhəri ərazisindən keçən hissəsində, Natəvan küçəsində və Ülgüc kəndinə gedən yolun sağ tərəfində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub

 

Yenixeber.org: Şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən ərazilərə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlandığı aşkar edilib.

Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilib.

Yol verilmiş qanun qozuntularının aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün Ağsu rayon Suvarma Sistemləri İdarəsinin, eləcə də, Ağsu Kommunal Müəssisələr Kombinatının və Ağsu şəhər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam