Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Orqan köçürülən 9 qadın ana olub

Orqan köçürülən 9 qadın ana olub

 

"Azərbaycanda bu gün 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb".

 

Yenixeber.org: xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, xəstələrin xaricə üz tutması əsas problemlərdən biri olub:

"Əvvəllər bizim xəstələrin 40 faizi xaricə gedib qayıdanlar idisə, bu gün xəstələrin 95 faizi artıq xaricə getmir. Yerdə qalan insanların hansısa ölkəyə gedib müalicə almaq seçimi sərbəstdir".

Şöbə müdiri qeyd edib ki, digər problem meyitlərdən orqan köçürülməsi işinin təşkil edilməsidir: "Bu hazırda bizim ölkəmizdə mümkün deyil. Azərbaycanda ancaq qohum donorların orqanlarından istifadə olunur. Hazırda bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi məsələsi müzakirə olunur".

M. Kazımi onu da bildirib ki, orqan köçürülən 9 qadın xəstə dünyaya övlad gətirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam