Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Restoranlar kanalizasiya sularını birbaşa Xəzərə axıdır

 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər dənizinin sahilboyu zonasında reyd keçirilib.

Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən “Aquapark”, “121”, “Amay” istirahət mərkəzlərində, “Delfin” çimərliyində, “Fərdi” iaşə obyektində, “Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, “Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib.

Qanun pozuntuları ilə bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub.

İnzibati xəta törətdiklərinə görə təqsirkar şəxslər ümumilkdə 6150 manat məbləğində cərimə edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Nazirlikdən bildirilib ki, reydlər davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam