Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tikinti şirkətinin direktoru cərimələndi- Zibilliyə görə - FOTO

Tikinti şirkətinin direktoru cərimələndi

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib

 

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, reyd zamanı Nizami rayonu, İ.Nəsimi küçəsi 8 ünvanında istehsalat və məişət tullantılarının qalaqlanması, mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmaması və yandırılması faktı aşkar edilib.

Araşdırma zamanı sözügedən ünvanda "Gündüz-AS" MTK tərəfindən hündür mərtəbəli binanın tikildiyi, tikinti zamanı yaranan istehsalat və məişət tullantılarının əraziyə atılaraq qalaqlandığı və yandırıldığı müəyyən olunub.  

Faktla bağlı MTK-nın direktoru Zakir Bəkirov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib.

Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün MTK-nın direktoruna icrası məcburi olan "məcburi göstəriş" verilib.

Bundan başqa reyd zamanı Nərimanov rayonu, Ə.Əliyev küçəsi 34 ünvanında yerləşən köhnə əlvan metal qəbulu zavodunun ərazisində də sənaye tullantılarının qalaqlanaraq yandırılması faktı aşkar edilib.

Araşdırma zamanı tullantıların fiziki şəxs Fərahim Nəsibov tərəfindən toplanaraq  yandırıldığı müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 300 manat məbləğində cərimə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam