Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müəyyən yerlərə qaz verirlər, amma gizlədirlər” –“Azəriqaz”a ağır ittihamlar

Vahid_Ehmedov1465308874

“”Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatıb”.

Yenixeber.org:   Bunu BakiPost.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Azəriqaz” İstehsalat Birliyinin 2016-cı il ərzində 144,4 milyon kub metr təbii qazı itkiyə verməsi ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, 144,4 milyon kub metr təbii qaz çox böyük itkidir: “İndiki zaman üçün bu qədər itki çoxdur. Ümumiyyətlə, “Azəriqaz” İstehsalat Birliyi itkilərin harada olması ilə əlaqədar müəyyən işlər görməlidir. Bu itkilər boru xəttində ola bilər. Həmçinin ola bilər ki, itkilər başqa yerlərdə olsun. Məsələn, təbii qaz Bakının kəndlərində müəyyən şitilliklər və sahələr var ki, oralara verilir. Amma yazmırlar. Əvvəlki variantlardan istifadə edirlər. Yəni bu, araşdırılmalı məsələdir. Çünki itki həddindən artıq böyükdür. Bu qədər itki ola bilməz”.

Deputat “Azəriqaz”ın özəlləşdirilməli olduğunu düşünür: “”Azəriqaz”la bağlı problemlər çoxdur. Hesab edirəm ki, birliyin özəlləşdirilməsinin vaxtı gəlib çatıb. Çünki özəl şirkətlər insanlara yaxşı qulluq etməkdə maraqlı olur. Amma “Azəriqaz” İstehsalat Birliyi dövlət şirkəti olduğu üçün marağı da azdır. Bu qədər də itkisi var. Özəl şirkət olsaydı, belə itkiyə yol verməzdi”.

Vahid Əhmədov bu qış qazla bağlı xeyli problemlər yaşandığını xatırladıb: “Bu problemlər həm paytaxt Bakıda, həm də rayonlarda baş verib.

Bildiyiniz kimi ölkədə qazlaşma prosesi gedir. Amma son vaxtlar bu proses zəifləyib. Məsələn, Quba rayonunda təxminən 50 faizə yaxın qazlaşma var. Kəndlərin çoxunda qazlaşma yoxdur. Göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqədar problemlər çoxdur. Bunun da çıxış yolunu həmin sistemin özəlləşməsində görürəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam