Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Soba və reaktiv mühərriki yanacaqları da bahalaşdı -İsti suyun qiymətində kəskin artım gözlənilir

 

78

Tarif Şurası bu gün soba mazutu və reaktiv mühərrik yanacağının qiymətlərini də qaldırıb.

Xeberinfo.com:    Bu haqda Şuranın press-relizində bildirilir. Şura qiymətlərə yenidən baxılmasını Dövlət Neft Şirkətinin təklif etdiyini qeyd edir.
Tarif Şurası reaktiv mühərrik yanacağının qiymətini bir tona görə 550, soba mazutunun qiymətini isə təbii qazın yeni qiymətinə ekvivalent olaraq hər tona 240 manat səviyyəsində təsdiqləyib.

Tarif Şurasının bu qərarına kimi reaktiv mühərrik yanacağının bir tonunu 450 manat, soba mazutunun bir tonu isə 100 manat olduğu bildirilir.
Şura bu qərarını ölkə daxilində istehsal olunan reaktiv mühərrik yanacağının əsas hissəsini “Azərbaycan Hava Yolları” QSC-nin istifadə etməsi, ilə əsaslandırıb. Yəni, qiymətlər beynəlxalq uçuşlarda xarici aviaşirkətlərin qiymətlərinə uyğunlaşdırılır.
Nazirlər Kabineti noyabrın 18-də isti su təchizatının tariflərinin dövlət tənzimlənməsindən çıxarılması ilə bağlı qərar qəbul etmişdi.
Bununla əlaqədar olaraq Şura qeyd edir ki, yeni müəyyən edilmiş tariflər 2017-ci ilin yanvarın 1-dən qüvvədən düşəcək.
Bununla bağlı, Şuranın müvafiq qərarına dəyişiklik olunub.
“Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid şəkildə təsdiq edilib.

Ekspertlər bundan sonra isti suyun qiymətində də kəskin artım gözləyirlər. Noyabrın 28-də Tarif Şurasının qərarı ilə qazın da, elektrikin də qiyməti qaldırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam