Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransa televiziyasında Qarabağın işğalından danışılıb

 

Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Fransanın Aljanoubia kanalında “Qafqazın Mirvarisi” adlandırılan verilişin qonağı olub. Verilişdə Mirvari Fətəliyeva özü haqqında- Qubadlı rayonundan məcburi köçkünluk həyatından bəhs edib.

Yenixeber.org: Həmçinin M.Fətəliyeva Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması, 1 milyona yaxın qaçqın və məcburi köçkünün hüquqlarının tapdalanması, erməni icmasının niyə o ərazidə çoxluq təşkil etməsinin səbəbləri, bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında Fransa ictimaiyyətinə geniş və ətraflı məlumat verib. Xüsusilə, son illər iki ölkə arasında əlaqələrin inkişafından da bəhs edib.

Baş katib demokratik dövlətin ilk dəfə Şərqdə-1918-ci ildə Azərbaycanda qurulduğunu və məhz Şərqdə qadınlara ilk dəfə seçki hüququnu verən dövlətin Azərbaycan olduğunu qeyd edərək, 2018-ci ildə ADR-in yaranmasının 100 illiyinə geniş hazırlıqların görüldüyünü bildirib. 
M.Fətəliyeva daha sonra ölkədə təşkil olunan beynəlxalq iri miqyaslı tədbirlərdən (Avrovision, Formula-1, Humanitar Forum, Avropa Oyunları və.s), Heydər Əliyev Fondunun Fransada həyata keçirtdiyi böyük və uğurlu layihələrdən, həmçinin Azərbaycanda turizmin inkişafından, mədəniyyətindən, mətbəxindən, ölkədə multikulturalizm və dini tolerantlıqdan bəhs edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam