Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda

 

Azərbaycan vətəndaşları 2018-ci ilin yanvar-fevral ayları ərzində Türkiyədə 128 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 ev və ya 17,4% çoxdur

Yenixeber.org:  Bu, Türkiyə Statistika İdarəsinin illik hesabatında əksini tapıb. 

Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışının 65-i yanvar, 63-ü isə fevral ayında həyata keçirilib. Beləliklə, fevral ayında ev alışında aylıq müqayisədə cüzi azalma müşahidə olunsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ev və ya 14,6% artım qeydə alınıb.Bununla da, bu ilin ilk 2 ayı ərzində vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin sıralanmasında Azərbaycan IX yeri tutub. Hesabata əsasən, I yerdə İraq (580 ev), II yerdə Səudiyyə Ərəbistanı (338 ev), III yerdə Rusiya (249 ev), IV yerdə Əfqanıstan (242 ev), V yerdə Küveyt (207 ev), VI yerdə İran (205 ev), VII yerdə Almaniya (142 ev), VIII yerdə İordaniya ( 130 ev) vətəndaşları qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışı illik müqayisədə 332 ev və ya 54,4% artaraq 2017-ci ildə 942-yə çatıb. Bununla da, ötən il vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub. Xatırladaq ki, Azərbaycan 2016-cı ildə bu siyahıda İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, İngiltərə, Almaniya və İrandan sonra IX yerdə olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam