Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

14 iyul Azərbaycan xalqının həyatında dönüş günüdür

 

 

"Xeberinfo.com": Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “14 iyul Azərbaycan xalqının həyatında dönüş günüdür” mövzusunda 185-ci məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə açan, universitetin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov 1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişinin ölkəmizin siyasi həyatında çox mühüm dönüş nöqtəsinə çevrildiyini  diqqətə çatdırıb. Rektor bildirib ki, həmin dövrdə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyətini, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi uğurları qiymətləndirmək üçün öncə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinə qədərki vəziyyətə nəzər salmaq lazımdır. Bu gün müstəqil, azad və bütün dünyada söz sahibi olan Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb seçilən dövlətlərindən birinə çevrilib. Artıq ölkəmizin özünəməxsus sosial-iqtisadi inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır. Azərbaycanın bütün sahələrdə uğurlu inkişafından söz açan rektor, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü sosial-iqtisadi siyasətin hazırda Prеzidеnt İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam еtdirildiyini bildirib.

Məşğələdə “14 iyul Azərbaycan xalqının həyatında dönüş günüdür” mövzusunda məruzə ilə çıxış edən, Jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, Vaqif Məmmədov 14 iyul 1969-cu ilin Azərbaycan tarixində dönüş ili olduğunu vurğulayıb. Vaqif Məmmədov 45 il öncə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə respublika iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdiyini, ölkənin öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bugünkü müstəqil, çox böyük perspektivi olan Azərbaycan Heydər Əliyevin şah əsərinə çevrildi. Vaqif Məmmədov onu da bildirib ki, böyük şəxsiyyət 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə belə, özünə xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu bəlalardan xilas etmək istəyi ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa qadir olan yeganə qüvvə kimi təsdiqləmişdir. Məruzəçi, Azərbaycanın bütün sahələrdə dünyanın aparıcı ölkələri ilə bir sırada olduğunu faktlarla məşğələ iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliğinin ən vacib məsələlərdən olduğunu qeyd edib.

 


 

 

        

 

      Mina Qasımova

 

      NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam