Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Heydər Əliyev Muzeyində universitet tələbələrinin iştirakı ilə açıq dərs

 

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirakı ilə “Heydər Əliyev və Naxçıvan” mövzusunda açıq dərs keçirilib.

"xeberinfo.com":  Açıq dərsdə universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov çıxış edərək, dünya şöhrətli  siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli  dövlət kimi dinamik inkişafında, Azərbaycanın dünyada tanınmasındakı  misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı sayəsində bu gün Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsinə çevrilib, dünya siyasət arenasında layiqli mövqeyə sahiblənib. Rektor, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin və kəşməkəşli tərcümeyi-halında Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövrün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bu dövrdə dahi rəhbər çoxcəhətli yorulmaz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaradıb. Natiq, çıxışının sonunda Heydər Əliyev şəxsiyyəti və siyasətinin, həmişəyaşar mənəvi irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılmasının zəruriliyindən bəhs edib.

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, Əməkdar müəllim Məmməd Rzayev mövzu ilə bağlı ətraflı məruzəsində bidirib ki, hələ Sovetlər İttifaqı dağılmamış və Azərbaycanda dövlət müstəqilliyi elan olunmamış üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi qəbul edilməsi səviyyəsində nadir hadisə (17 noyabr 1990-cı il) məhz cəsarətli və uzaqgörən dövlət xadimi Heydər Əliyev tərəfindən Naxçıvanda həyata keçirilmişdi. Dünyada bundan başqa, müstəqil dövlətlər yaranmayıb və onun milli bayrağının qəbul edilməsi hadisəsinə təsadüf edilməyib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması hadisəsi də məhz müdrik rəhbər Heydər Əliyev tərəfindən Sovetlər İttifaqının mövcudluğu şəraitində həyata keçirilib. Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün müəyyən olunması ilə dünyada azərbaycanlılar anlayışı meydana çıxıb və geniş bir hərəkatın əsası qoyulub. XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasının işğal olunmaqdan xilas edilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması xalqımızın böyük oğlu Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Natiq bildirib ki, müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının da dahi rəhbər Heydər Əliyev tərəfindən Naxçıvanda yaradılması ölkə­mizin milli istiqlalında böyük öndərin həyatı və fəaliyyətinin Naxçıvan dövrünün müstəsna dərəcədə əhəmiyyətli olduğunu bariz şəkildə göstərməkdədir.

Sonra açıq dərs iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

 

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsini


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam