Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısı Zəhranın atasına iş verdi:"Nə lazımdırsa, kömək edəcəyik"

"İyulun 4-də erməni təxribatı nəticəsində həlak olan Alxanlı kənd sakini Zəhra Quliyevanın atası Elnur Quliyev işlə təmin olunub”. 

Yenixeber.org:   Bunu AzVision.az-a Füzüli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib.

 İcra başçısının sözlərinə görə, E.Quliyev kommunal sahədə çalışacaq.

"Biz bütün yas xərclərini, o cümlədən məzar daşının qoyulmasını öz üzərimizə götürmüşük. Ailəyə kömək məqsədilə Zəhranın atasının işlə təmin olunmasını təmin etdik. Nə lazımdırsa, ailəyə kömək edəcəyik”.

Alxanlı kəndində hər şeyin öz axarı ilə getdiyini deyən icra başçısı bildirib ki, belə hadisələr insanları qorxutmur: "18 aylıq körpənin öldürülməsi çox ağırdır. Bunun mənəvi dəyəri ölçüzməzdir. Buna baxmayaraq, kənddə hər şey öz axarı ilə gedir. İnsanlar əkin-biçin işləri ilə məşğuldurlar. Belə şeylər bizi və camaatı qorxutmur”. 

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam