Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NDU-da “Mən Naxçıvanı Tanıyıram” bilik olimpiadasının bağlanış mərasimi keçirilib

 

    "xeberinfo.com": Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Mən Naxçıvanı tanıyıram” intelektual bilik olimpiadasının bağlanış mərasimi keçirilib. 

         Mərasimdə universitetin rektoru, professor Saleh Məhərrəmovölkədə aparılan gənclər siyasətinin uğurlarından bəhs edərək, gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb. Rektor NDU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən “Mən Naxçıvanı tanıyıram” bilik olimpiadasının tələbə gənclərin intellektual potensialının üzə çıxarılması, Naxçıvan haqqında biliklərinin daha da artırılması, vətənpərvərlik ruhunda yetişməsi baxımından əhəmiyyətli olduğunu bildirib.      

         Mərasimdə çıxış edən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Nurlan Fətəliyev bu cür tədbirlərin keçirilməsinin gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

         Universitetin Tələbə Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş olimpiadanın keçirilməsi muxtar respublikanın təbliği və tanıdılması, gənclərin bu sahədəki biliklərinin yoxlanılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

         Tədbirin sonunda final mərhələsinə keçmiş tələbələrə sertifikatlar, ən yaxşı nəticə göstərmiş 10 iştirakçıya isə diplom və qiymətli hədiyyələr təqdim olunub.

 

 

    Mina Qasımova

 

    NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam