Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beyləqan təhsilində özbaşınalıq

 

                  Tofiq Sadıqov rayonda müəllim olmaq istəyənlərdən 3-5 min manat pul alıb 

      "Xeberinfo.com": Beyləqan rayon təhsilində bibarıçı vəziyyət yaşanır. Buna səbəb təkcə təhsilin səviyyəsinin aşağı olması yox, həm də müəllim postlarının belə satışa çıxarılmasıdır. Azernews.tv xəbər verir ki, təkcə 2013-2014-cü tədris ilində rayonda 60 nəfərdən çox müəllim Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən keçmədən, birbaşa Beyləqan Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov tərəfindən işə götürülüb. 

     Təbii ki, bütün bunlar qarşılıqsız olmayıb. Əksinə, Tofiq Sadıqov hər müəllimdən 3000 manat pul alaraq, onları müsabiqədən də keçirib, üstəlik, onlara əlavə dərs saatları da yazıb. Azernews.tv-yə verilən məlumatda vurğulanır ki, təkcə Allahyarlı tam orta məktəbində iki Dil-Ədəbiyyat müəlliminin diplomunu saxtadır. İddiaya görə, hər iki müəllim Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını qiyabi bitirdikləri deyilsə də, əslində, onlar saxta yolla təhsil aldıqlarını təsdiqləyən sənədə sahib olublar. Qeyd edilir ki, həmin müəllimlərdən işə qəbul üçün 5000 manat pul alınıb. 

      Amma burada işin ilginc tərəfi odur ki, Tofiq Sadıqov aldığı pulları başqalarının üzərinə yıxaraq, məsuliyyətdən yaxasını kənara çəkir. Məsələn, o, hər pul aldığında onu guya, rayonun icra başçısına verdiyini deyirmiş. Halbuki təhsil şöbəsinin müdiri bununla özünü sudan quru çıxarmaq üçün çalışıb. 

     Qeyd edək ki, sayta Beyləqan Təhsil Şöbəsinin fəaliyyəti ilə bağlı ilginc məlumatlar daxil olub. Yaxın günlər üçün onları da yayımlayacaq. 

     Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam