Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İcra başçısı ilə şöbə müdirinin "təhsil alveri"

 

 

                                                  Beyləqan təhsili “qan ağlayır”

 

  "Xeberinfo.com": Məktəblərdəki vəziyyət hər kəsə bəllidir. Bunu həm məktəbi bitirən şagirdlərin mərkəzləşdirilmiş şəkildə verdikləri Attestat imtahanlarında, həm də Ali məktəblərə qəbul zamanı göstərdikləri nəticələrdən də aydın görmək olar. Belə bir biabırçı vəziyyət  Beyləqan rayon təhsilində yaşanır. Buna səbəb təkcə təhsilin səviyyəsinin aşağı olması yox, həm də müəllim ştatlarının belə satışa çıxarılmasıdır. Məlumatlarda deyilir ki, təkcə 2013-2014-cü tədris ilində rayonda 60 nəfərdən çox müəllim Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən keçmədən, birbaşa Beyləqan Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov tərəfindən işə götürülüb.

Təbii ki, bütün bunlar qarşılıqsız olmayıb. Əksinə, Tofiq Sadıqov hər müəllimdən 3000 manat pul alaraq, onları öz müsabiqəsindən də keçirib, üstəlik, onlara əlavə dərs saatları da yazıb.

Azerinews.tv-yə verilən məlumatda vurğulanır ki, təkcə Allahyarlı tam orta məktəbində iki Dil-Ədəbiyyat müəlliminin diplomu saxta olmasına baxmayaraq, Tofiq Sadıqov aldığı rüşvət müqabilində onları işlə təmin edib.

İddiaya görə, hər iki müəllim Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını qiyabi bitirdikləri deyilsə də, əslində, onlar saxta yolla təhsil aldıqlarını təsdiqləyən sənədə sahib olublar. Qeyd edilir ki, həmin müəllimlərdən işə qəbul üçün 5000 manat pul alınıb. Məlumatda o da bildirilir ki, Sadıqovun özünün də ikinçi dəfə Mİ-nun filalarının birindən aldığı diplom əvvəlki diplom kimi saxtdadı.

Bu haqda da geniş məlumat verəcəyik. Bildirək ki, Tofiq Sadıqovun əvvəlki diplomu APU-nin tarix fakultəsində müəyyən yolla aldığı saxta kağız parçası olduğu deyilir.

Amma burada işin ilginc tərəfi odur ki, Tofiq Sadıqov aldığı pulları başqalarının üzərinə yıxaraq, məsuliyyətdən yaxasını kənara çəkir. Məsələn, o, hər pul aldığında onu guya, rayonun icra başçısına verdiyini deyir.

O da qeyd olunur ki, rayonun icra başçısı Vaqif Abdullayevlə Tofiq Sadıqovun münasibətindəki səmimilik onun doğru dediyinə inam yaradır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam