Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Avropaya layiqli cavabı verəcəyik…" -Türkiyə prezidenti

Türkiyə prezidenti Ərdoğan ATƏT-in bu gün seçkiylə bağlı yaydığı tənqidi hesabatı rədd edib.

Yenixeber.org:   Seçkiyə bağlı çıxış edən Ərdoğan ATƏT-ə və bəzi Avropa ölkələrinə sərt mesaj verib:

"Həddinizi bilin, biz bu hesabatı nə görərik, nə eşidərik, nə də qəbul edərik. Türkiyə Avropanın ən demokratik seçkisini keçirib. Belə hesabat və ya açıqlamalarla heç bir nəticə ala bilməzsiniz. Həddinizi bilin, həddinizi".

Ərdoğan Avropa İttifaqının (Aİ) Türkiyənin ittifaqa üzvülüyünü dondurmaqla təhdid etməsinə də sərt cavab verib: 

"Baxın, 54 ildir bizi qapıda saxlayan Avropa İttifaqında bəziləri durub deyir ki, Türkiyənin üzvlüyünü donduracağıq-filan. Əfəndim, dondurun, sonra danışın. Dondurun ki, əvəzini görün. Niyə etmirsiz? Hər addımınızın cavabı layiqli olacaq. Bir az da irəli gedərlərsə, daha bir referendum keçirib, Avropaya layiqli cavabı verəcəyik…".

Xatırladaq ki, ATƏT Türkiyədə keçirilən referendumla bağlı bu gün ilkin hesabat açıqlayıb. Hesabatda bildirib ki, Yüksək Seçik Kurulunun (YSK) möhürsüz bülletenləri keçərli sayması haqda qərarı seçkiyə "hiylə qatılması"dır və bu, seçki qanunvericiliyinə zidddir.

ATƏT, eyni zamanda seçkinin qeyri-bərabər şərtlər altında keçirildiyini vurğulayıb, hökumətin dövlət qurumlarının və digər inzibati resursların dəstəyi ilə kampaniya apardığını bildirib. 

ATƏT sonda referendumun beynəlxalq standartlardan uzaq keçirilən seçki prosesi olduğunu açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam