Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cahangir Məmmədli İTV-dən çıxdı

 

İctimai Televiziya və Radio Yayım Şurasının növbəti iclası keçirilib.

 

Yenixeber.org:   Məlumata görə, iclasda Yayım Şurasının 2016 mart – 2017 mart tarixləri arasında fəaliyyəti ilə bağlı hesabatı müzakirə edilib. Şura üzvləri hesabat məruzəsinə bəzi əlavələr və dəyişikliklər etməklə, onun ictimaiyyətə təqdim olunmasını məsləhət görüblər.

 

Qeyd edək ki, Şuranın üç üzvünün Şuradakı fəaliyyət müddətinin başa çatdığı bildirilib. Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən irəli sürülmüş namizədlər – Cahangir Məmmədli və Aqil Dadaşovun Yayım Şurasında on iki illik, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) seçilmiş Muxtar İmanovun isə 6 illik səlahiyyət müddəti bu il martın 15-də başa çatıb. Yayım Şurasının üzvləri və İctimai teleradionun rəhbərliyi bu müddət ərzində birlikdə olduqları hər üç Şura üzvünə təşəkkürünü bildirib, onların hər üçünün peşəkarlıq səviyyəsinin ictimai teleradionun işinə müsbət təsir göstərdiyini qeyd ediblər.

 

Şura sədri Cahangir Məmmədli iclasda sədr kimi son dəfə çıxış etdiyini bildirərək, ötən 12 illik fəaliyyəti dövründə Şuranın bütün üzvləri və ictimai teleradionun yaradıcı kollektivi ilə birlikdə yalnız bir məqsədə - Azərbaycan cəmiyyətinə, Azərbaycan dövlətinə və azərbaycançılıq ideologiyasına xidmət etdiklərini söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam