Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçildi -RƏSMİ AÇIQLAMA

cemil-quliyev

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.

Yenixeber.org:  MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, iclasda Yayım Şurasının üzvləri tərəfindən İTV-nin baş direktorunun seçilməsi prosesi keçirilib. O qeyd edib ki, Yayım Şurasının qərarı ilə Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib.

Qeyd edək ki, MTRŞ-in İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədilə elan etdiyi müsabiqəyə 5 nəfər iddiaçı – Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.

Xatırladaq ki, C. Quliyevin səlahiyyət müddəti bu il aprelin 23-də başa çatıb. Kinorejissor, ssenarist, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru C. Quliyev 1963-cü ildə Bakıda anadan olub. O, 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib, 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2011-2013-cü illərdə “Mədəniyyət” telekanalının baş direktoru olan C. Quliyev 2013-cü il aprelin 23-dən İTV-nin baş direktorudur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam