Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Mətbuat Şurasının icraçı katibi istefa verdi

 

Mətbuat Şurası İdarə Heyətinin bugünkü iclasında bildirilib ki, qurumun  icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadənin 66 yaşı tamam olur. 

Yenixeber.org:    MŞ sədri Ə.Amaşov R.Hüseynzadənin Şuranın formalaşmasındakı və inkişafındakı xidmətlərindən söz açıb. O bildirib ki, R.Hüseynzadə 1958-1968-ci illlərdə Gəncə şəhər 5 saylı orta məktəbində orta təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini, 1983-cü ildə Ali İdarəetmə Akademiyasını (keçmiş Ali Partiya Məktəbi) bitirib. Uzun müddət jurnalistika sahəsində çalışıb. Həmçinin dövlət qurumlarında da yüksək vəzifələr tutub.

 

Mətbuat Şurasının məhdud işçi qüvvəsi ilə, ağır sosial şərtlər altında fəaliyyət göstərdiyi dönəmlərdə R.Hüseynzadə bacarığı və təcrübəsi ilə Şuranın möhkəmlənməsinə mühüm töhfə verib. MŞ-nin hazırkı statusunun əldə edilməsində veteran jurnalistin böyük əməyi var. Bütün bunlara görə Ə.Amaşov R.Hüseynzadəni Şuranın fəxri diplomu ilə təltif edib.

 

R.Hüseynzadə ona göstərilən diqqətə görə İdarə Heyətinin üzvlərinə təşəkkürünü bildirib. O, Mətbuat Şurasında keçirdiyi illərin ömrünün ən yaddaqalan və xoş səhifələri olduğunu vurğulayıb. R.Hüseynzadə həmçinin artıq təqaüd yaşında olduğunu bildirərək Şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb. İH üzvləri istefanı qəbul ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam