Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

 

Xeberinfo.com:   Şuradan verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 3  kütləvi informasiya vasitəsi barədə müraciətləri araşdırıblar.

Öncə «Medaz.az» saytı ilə bağlı iki şikayətə baxılıb. Komissiya həm 48 saylı Notiriat  Kontorunun, həm də Bakı şəhər 223 saylı  körpələr evi - uşaq baxçasının narazılığını doğuran yazıların «reket jurnalistika»ya xas tərzdə təqdim olunduğu qənaətinə gəlib. Belə ki, hər iki mətbu materialda kifayət qədər ciddi ittihamlar yer almasına baxmayaraq sayt bunların nə dərəcədə həqiqətə uyğunluğunu təsdiqləyə biləcək sənədlərə, dəlil-sübutlara istinad etməyib. Əksinə qüsurlu materialları müvafiq qurumlara ünvanlamaqla onların təhdidlərə məruz qalmasına cəhdlər göstərib.

İclasda bütün bunlar əsas götürülərək məsələnin MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə  Komissiasınında da araşdırılması  məqsədə  müvafiq sayılıb. Bu komissiyanın təqdimatında  «Medaz.az» saytının adının Mətbuat Şurasının «qara siyahı»sına salınması üçün hansı əsasların olduğuna aydınlıq gətiriləcək.

Şikayətlər üzrə Komissiya «Korrupsiya və cəmiyyət+» qəzeti barədə də eyni rəyi çıxarıb. MŞ-yə daxil olan müraciətdə mətbu nəşr rəhbərliyinin jurnalist fəaliyyətinə kölgə salan işlə - diplom satışı ilə məşğul olduğu göstərilsə də o, müzakirəyə qatılmayıb. Buna görə məsələnin araşdırılması  Şuranın «Reket jurnalistika»ya qarşı  mübarizə Komissiyasına  həvalə edilib.

Gəncə Dəmiryolu Vağzalının «Xeberinfo.com» saytı barədə müraciətinin müzakirəsində bu KİV-ə qarşı tərəfin mövqeyinin təqdimatı tövsiyə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam