Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ziya Məmmədov klanı yenidən boy göstərmək həvəsində -ŞOK İDDİA

 

İqtidar komandasından incik düşən sabiq nazir toplu yerlərdə görünməməyə çalışır, daha çox Bakı ətrafındakı bağ evlərində qalır; Məmmədovlar niyə hələ də ayaqda olduqları rəyini yaratmaq istəyirlər?

Yenixeber.org:   Nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirdikdən sonra bir vaxtlar iqtisadiyyatın az qala bütün sektorlarına sirayət etmiş ailə biznes imperiyasının sürətlə sökülməsi barədə xəbərlər yayıldı. Məlumata görə, Z.Məmmədov hakimiyyətə qarşı “qeyri- səmimi” mövqeyinə görə cəzalandırıldıqdan sonra hətta iri biznes strukturlarını təhvil verməyə razılaşıb. Bildirilirdi ki, oğlu Anar Məmmədov rəhbərlik etdiyi “Garant Holdinq”in fəaliyyətini tam məhdudlaşdırıb, şirkətin bütün aktivləri - hotellərdən tutmuş restoranlaradək satışa çıxarılmağa hazırlanır.

Anar Məmmədov üçün Bakı səfası bitib və o, bir müddətdir ki, ailəsi ilə Londonda yaşayır. Sabiq nazirin özünün harada olması barədə isə ziddiyyətli xəbərlər yayılır. Sabiq nazirin ötən ayın sonu vəfat edən energetika naziri Natiq Əliyevin dəfnində və hüzr mərasimində iştirak etməməsi ölkədən çıxdığı barədə iddiaları artırıb. “Yeni Müsavat”ın məlumatına görə, sabiq nazir gözəgörünməz olsa da, Azərbaycandan kənara çıxmayıb. İqtidar komandasından incik düşmüş olduğu deyilən Z.Məmmədov toplu yerlərdə görünməməyə çalışır, daha çox Bakı ətrafındakı bağ evlərində qalır. Belə iddialar var ki, sabiq nazir işdən çıxarılsa da, komandadan ayrılmayacağına, Nazirlər Kabinetində vəzifə alacağına ümid edirmiş. Onun komandadan birdəfəlik uzaqlaşdırılmasına qərar verilməsi onda depressiv vəziyyət yaradıb.

Image result for Ziya Məmmədov


Xalq şairi Sabir Rüstəmxanlı lent.az-a son müsahibəsində Z.Məmmədov haqda maraqlı faktlar açıqlayıb. O deyib ki, Elton Məmmədovla qohum olmazdan əvvəl (xalq şairinin qızı Elton və Ziya Məmmədovların qardaşlarının gəlinidir - "YM") Z.Məmmədovla yaxşı münasibətləri olub: “Köhnə millət vəkili həmkarım Elton müəllimlə də uzun illərin dostuyuq. Bir sözlə, bu ailəyə, bu qardaşlara böyük sayğım var. Onlar köklü bir övliya nəslindən gəlirlər.

Vəzifədən gedəndən sonra yazmışdılar ki, Ziya Məmmədov Quran oxuyur. Başa düşmürəm, Quran oxumağın nəyi pisdir ki? Burda nə qəribəlik var? Ziya müəllim həmişə dinlə, ədəbiyyatla maraqlanıb. Ziya müəllimlə oturub ədəbiyyat haqqında söhbət eləyə bilərsən. Gör klassik ədəbiyyatımızı o yaxşı bilir, yoxsa hər gün ədəbiyyatdan danışanların çoxu?” - deyə, S.Rüstəmxanlı bildirib.

Image result for Elton Məmmədov


İş ondadır ki, iqtidar Z.Məmmədov və oğlunu hələ də tam bilinməyən səbəblərdən cəzalandırsa da, onun digər qohum-əqrəbası ilə heç bir intriqa aparılmır. Bu sırada Elton Məmmədov da var. Özü mandatını, qardaşı isə işini itirdikdən sonra Məmmədovların hakimiyyətlə siyasi bağları tam qırılıb. Elton Məmmədova və digər qohumlarına biznesləri üçün heç bir təhlükə olmadığı deyilib. Bu səbəbdən də indi Məmmədovların əsas dayağı sabiq nazirin qardaşı hesab olunur.
Ötən həftə sonu E.Məmmədovun medianın tanıdığı oğlu Aynar Məmmədov Bakıda yeni çay evinin açılışını edib. Mərasimə isə şou-biznes nümayəndələri dəvət edilib. Yada salaq ki, Aynar Məmmədov bundan əvvəl “Nar cafe” adlı məkan açmışdı. Məmmədovlar daha böyük və ciddi layihələr həyata keçirmək gücünü artıq itirib.

Image result for Anar Məmmədov


Bu xəbər mediada “Məmmədovlar klanı özünü toplamağa çalışır” kimi reaksiyalara səbəb olub. Bu, Məmmədovların hələ də “ayaqda olduğu” rəyinin yaratsa da, aydındır ki, onların “qatarı” daha əvvəlki “sürətlə” heç vaxt getməyəcək. İqtidar komandasından dışlanan və adi bir vəzifə belə almayan Z.Məmmədov üçün hökmranlıq dövrü artıq qapanmışdır. Məmmədovların indən sonra boy göstərmək həvəsi onlar üçün heç də yaxşı nəticə verməyə bilər.


“YM”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam