Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirin qardaşı oğlu ilə avtoşluq edən kim olub?

 

Aynar Məmmədovla sürət yarışına çıxan şəxsin Kəmaləddin Heydərovun qardaşı olduğu iddia olunur 

     "xeberinfo.com": Artıq bir neçə gündür ölkə mətbuatında məmur övladlarının dəbdəbəli həyatları, bahalı maşınları və həmin maşınlarla şəhərdə avtoşluq etdiklərinə dair çeşidli məlumatlar yayılır. Bu sırada ən çox adı hallananlar sırasında isə nəqliyyat naziri Zyia Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov öncüllük təşkil edir. 

      Məlumata görə, bir neçə gün əvvəl Aynar Məmmədovun idarə etdiyi 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilə Zığ-Aeroport şossesində sürət yarışına çıxdığına dair videogörüntülər yayımlanmışdı. Lakin bunun ardından deputat Elton Məmmədov dərhal açıqlama verərək, deyilənləri yalanlamışdı. 

     Amma bu videogörüntülərdə Aynar Məmmədovun kiminlə sürətlə maşın sürdüyü ilə bağlı heç bir bilgi verilmir. Ümumiyyətlə, görüntülərdəki həmin adamla bağlı hər hansı bir araşdırma da aparılmır və üzərindən keçilir. Halbuki həmin videogörüntülərdə əvvəlcə 2 maşının ötüşdüyü, daha sonra isə 3-cü maşının da onlara qoşulduğu diqqəti çəkir. 

   Sosial şəbəkələrdə yayılmış məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunun sürət yarışına çıxdığı şəxs fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşıdır. Həmin məlumatda iddia olunur ki, nazirin qardaşı uzun illərdir məmur övladları arasında sürətli avtomobil sürən biri kimi tanınır. Onun həmçinin bir sıra əyləncələri də olduğu iddia olunur. 

   Mövzunun davamı olacaq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam