Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Rusiya silahının ən böyük alıcılarından biridir -"SIPRI"

ABŞ və Rusiya 2012-2016-cı illərdə silah ticarəti sahəsində dünyanın ən böyük ixracatçı ölkələridir

Xeberinfo.com:   Bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında deyilir.

Hesabatda bildirilir ki, satılan silahların 74%-i ABŞ, Rusiya, Çin, Fransa və Almaniyanın payına düşür.

Təkcə ABŞ və Rusiyanın payı 56%-dir.

2007-2011-ci illərlə müqayisədə hesabat dövründə silah ticarətinin həcmi 8.4% artıb.

Son 5 ilin rəqəmləri “soyuq müharibə” bitəndən sonra qeydə alınan ən böyük göstəriciləridir.

Hesabata əsasən, Asiya, Okeaniya, Yaxın Şərq bölgələrinə silah satışı daha çox artıb, Avropa, Afrika və Amerika qitələrinə isə azalıb.

Qeyd olunan dövrdə 50 ölkə Rusiyadan hərbi texnika alıb.

Rusiyanın satdığı silah və texnikanın 4 faizini Azərbaycan alıb. ABŞ isə həbi texnika və silahlarını 100 ölkəyə satıb.

Hesabatda qeyd olunur ki, 2012-2016 illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb.

Şimali Afrika ölkələri arasında hərbi idxala görə lider ölkə Əlcəzairdir. Regiona silah satışının 46%-i bu ölkənin payına düşür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam