Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nurçular İlham Əliyevə məktub yazdılar

 

     Nurçular Yasamal rayonunda yerləşən Eldəniz Balamət oğlu Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında keçirilən yığınacaqla əlaqədar olaraq prezident İlham Əliyevə şikayət məktubu yazıblar. 

    "Xeberinfo.com": Məlumata görə, məktubda qeyd olunub ki, nurçular həmin gün Eldəniz Balamət oğlunun bacısının ərinin dəfn mərasiminə yığışıblar.

     Xatırladaq ki, bir neçə ay öncə “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. 

    Daxili İşlər Nazirliyindən bildiriblər ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

   E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam