Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Daha bir generala cinayət işi açıldı -"MTN İŞİ"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev “MTN işi” üzrə istintaqda dindirilib.

Xeberinfo.com:  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Şıxəliyev keçmiş işçisi Vüsal Ələkbərovun cinayət işi üzrə şahid qismində dindirilsə də, özü barəsində olan cinayət işi ayrıca icraata verilib və xüsusi araşdırma aparılır.

Mövlam Şıxəliyev ifadəsində bildirib ki, 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində xidmətə başlayıb: “2007-ci illərdə həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarəsinin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəis vəzifəsində işləmişəm. Tabeçiliyimdə rəis müavini Təhsin Ağayev, İbtidai İstintaq İdarəsinin rəisi Yasim Məmmədov, onun müavini Nadir Mustafayev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, onun müavini Vüqar Əliyev, 3-cü şöbənin rəisi Mahir Qasımov, onun müavini Samir Əliyev, şöbələrin mühüm işlər üzrə baş müstəntiqlər və müstəntiqlər var idi”.

Zərərçəkənlərdən biri Nizami Kazımov qeyd edib ki, V.Ələkbərov ondan 3 milyon manat tələb etdikdə imtina edib, bundan sonra Mövlam Şıxəliyev onu qəbul edib: “O mənə dedi ki, əgər Vüsalın tələb etdiyi pulu verməsəm, məni 8 ildən 12 ilədək həbsə atacaq. Mən pulumun olmadığını dedim, Vüsal məbləği 2 milyona saldı, yenə imtina etdim. Bir neçə gündən sonra Mövlam Şıxəliyev təkrar məni qəbul edərək 2 milyonu verməyimi tələb etdi. Dedi ki, əgər verməsəm, başıma torba salıb aşağıdakı “maskalılar”ın yanına göndərəcəklər”.

M.Şıxəliyev bu epizod üzrə bildirib ki, Nizami Kazımov İstintaq Baş idarəsində “Texnika Bank” ASC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs olub: “Onunla heç bir münasibətim, əlaqəm, düşmənçiliyim və ya ədavətim olmayıb. Onu və qardaşı Arzu Kazımovu qəbul etdiyimi xatırlamıram”.

General M.Şıxəliyevin adı bir sıra korrupsiya cinayətlərində hallanır. O hazırda ev dustaqlığındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam