Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Nazirlər Kabineti buraxıla bilər “–Deputatdan açıqlama

 

trend_nazirler_kabineti_main

Nazirlər Kabinetinin buraxılacağı ilə bağlı mətbuatda məlumatlar yayılıb.

Xeberinfo.com:  “Yeni Müsavat” qəzeti prezident İlham Əliyevin yanvarın birinci yarısı Nazirlər Kabinetini buraxacağını və yenidən formalaşdırılacağını yazıb.

Məlumatda bildirilib ki, Nazirlər Kabinetində əvvəlki nazirlərin əksəriyyəti yer almaya bilər. Belə ki, prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti və yeni kadrlarla həyata keçirilməsi planı var.
Nazirlər Kabinetinin buraxılacağı halda, gələn il 82 yaşı tamam olacaq Artur Rasi-Zadənin yenidən baş nazir təyin edilməyəcəyinə dair fikirlər də səslənir. Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Beləki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərinin ləğv ediləcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir.

vahidMəsələ ilə bağlı millət vəkili Vahid Əhmədov fins.az-a münasibət bildirib. Onun sözlərinə görə,
12 sahədə strateji “yol xəritələri” ilə bağlı struktur islahatlar gözlənilir. Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı da bu məsələ ilə bağlı çıxışlar olub.

Amma Nazirlər Kabinetinin buraxılması ilə bağlı söhbət olmayıb. Bu birbaşa ölkə başçısının sərəncamında olan məsələdir. Prezidentin qərarında asılı olaraq Nazirlər Kabineti buraxıla da bilər, saxlanıla da bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam